Bu gün plastik məhsullar texnoloji yeniliklərlə birlikdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsi olaraq insanlar artıq məişətdə bir vaxtlar su çəkilişləri zamanı istifadə etdikləri metal borulardan daha ucuz, kimyəvi və təbii təsirlərə davamlı, asan istifadə oluna bilən plastik borulara üstünlük verməyə başlayıblar.
“Universal Procurement Service” MMC olaraq, boruların satışını həyata keçirməklə kifayətlənmirik, onların qazma-quraşdırma işlərini də reallaşdırırıq. Ən mürəkkəb şəbəkələrin qurulmasını icra edə biləcək peşəkar komandamız sizin layihələrinizi yüksək dəqiqliklə işləmək iqtidarındadır.
Şirkətimiz sənaye, mülki, kənd təsərrüfatı və digər sektorlarda boruların çəkilişini öhdəsinə götürə bilir. Mütəxəssislərimiz iri su kəmərlərinin, kanalizasiya xətlərinin, boru kəmərlərinin, xarici suötürmə sistemlərin və s. çəkilişini həyata keçirir. Həmçinin drenaj və digər sistemlərin quraşdırılmasını da təmin edirik.